01 Mart 2023
18:54
1221

İlham Əliyev Xalq artistini nazir müavini təyin etdi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov Mədəniyyət nazirinin müavini təyin edilib. 

İslahat.az-ın məlumatına görə, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.