"İnternational Consulting Company" şirkətinin rəhbəri olan Ramin Bayramov beynəlxalq səviyyədə əldə etdiyi uğurlara görə " İlin ən peşəkar təlim, konsultasiya xidmətləri göstərən şirkət ” mükafatına layiq görülüb.
Mükafat "Caspian Events Group" tərəfindən Bakı şəhərində təşkil olunan "Global Red Carpet" layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Ramin Bayramov "İnternational Consulting Company" şirkətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.