17 İyul 2026
14:46
14

Javid Seyidali "Best of City  Awards 2026" mükafatına layiq görülüb

 

 

 

Javid Seyidali "Best of City Awards 2026" mükafatına layiq görülüb.

Bu barədə məlumatı layihənin icraçı direktoru Elnur Məmmədov məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan biznes səhər yeməyi görüşündə məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında tanınmış " İş Adamı - Javid Seyidali " də yer alıb.

Qeyd edək ki , Cavid Seyidəli Azərbaycanın premium şərab istehsalçılarından olan SAVALAN şirkətinin vitse-prezidentidir. O, şirkətin strateji inkişafı, korporativ idarəetmə, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və brendin qlobal bazarda mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

2007-ci ildə təsis edilmiş SAVALAN Azərbaycanın şərabçılıq ənənələrini müasir İtaliya texnologiyaları ilə birləşdirərək yüksək keyfiyyətli premium şərablar istehsal edir. Qəbələnin unikal Savalan vadisində yerləşən üzüm bağları, peşəkar beynəlxalq komanda və keyfiyyətə sadiq istehsal prinsipləri sayəsində şirkət həm yerli, həm də beynəlxalq bazarda ölkəmizi uğurla təmsil edən nüfuzlu brendlərdən birinə çevrilmişdir.

Cavid Seyidəlinin rəhbər heyətində yer aldığı SAVALAN, "Ənənə kimi keyfiyyət, sənət kimi şərab” fəlsəfəsinə sadiq qalaraq Azərbaycan şərabçılıq mədəniyyətinin dünyada tanıdılmasına, innovativ yanaşmaların tətbiqinə və beynəlxalq tərəfdaşlıqların inkişafına mühüm töhfə verməyə davam edir.