Azərbaycanda
xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.
İslahat.az xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Nazir qeyd edib ki, hazırda
koronavirusla bağlı çox az məhdudiyyət qüvvədədir.
"Maska rejimi ləğv olunub, indi tək-tük
məhdudiyyətlər var. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən,
biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda,
koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası
olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq. Ona görə də
məhdudiyyətlərin hamısını birdən ləğv edə bilmərik", - deyə səhiyyə naziri
vurğulayıb.
İslahat.az