"Kəpəz"in rəhbərliyi mənimlə əlaqə saxladı, görüşdük bəzi məsələləri müzakirə etdik. Bu, Azər Məmmədovun istefasından sonra oldu".
Bu sözləri Sportal.azsaytına açıqlamasında Adil Şükürov deyib.
"Kəpəz"ə yeni baş məşqçi təyin olunacaq Şükürov Gəncə klubunun özü üçün yad olmadığını bildirib.
Bununla yanaşı, o, komandasının Premyer Liqada qalmaq şanslarını dəyərləndirib:
"Kəpəz"in heyətində ölkə kubokunu və ölkə çempionatında gümüş medalları qazanmışam. Bu komanda mənim üçün yad deyil. Orada olan bir çox futbol veteranları ilə də yaxşı münasibətimiz var. Mənə inanaraq dəvət etdilər. Əsas işim ilk növbədə "Kəpəz"i Premyer Liqada saxlamaq olacaq. İşimizi bu yöndə quracağıq. Eyni zamanda isə komandanın psixoloji durumunu yüksəltməyə çalışacağıq. Komandanı formalaşdırıb, azarkeşlərlə birləşərək bu işin öhdəsindən gəlməyə çalışacağıq. "Araz-Naxçıvan"la oyun da göstərdi ki, komanda gələcəyə ümid verir, "Kəpəz" layiqli yerdə olacaq".