08 İyun 2024
11:13
339

“Kəpəz”in azarkeşləri kluba dəstək məqsədilə ianə kampaniyasına start verdi

Azərbaycan Premyer Liqasında çıxışını davam etdirən və son illərdə ciddi maliyyə sıxıntıları yaşayan "Kəpəz”ə dəstək məqsədilə bir qrup gəncəli futbol azarkeşləri ianə kampaniyasına start verib.

İctimai.az xəbər verir ki, şəhərin bir qrup ziyalıları, tanınmış şəxsləri də bu ianə kampaniyasına qoşulub və hazırda kampaniya davam etməkdədir.

Kampaniyanın məqsədi, maliyyə çətinlikləri yaşayan kluba dəstək göstərməkdir. Eyni zamanda futbol həvəskarları klubun maliyyə probleminin aradan qaldırılması məqsədilə sponsorların dəvəti istiqamətində öz təşəbbüslərini irəli sürüblər.

Təşəbbüskarlar bütün Gəncə və Azərbaycan futbolu sevərləri bu kampaniyaya qoşulmağa dəvət edir.

Qeyd edək ki, Gəncə təmsilçisi başa çatan mövsümü 9-cu yerdə bitirib. Komanda əksər ev oyunlarını yararsız vəziyyətdə olan və hazırda yenidən tikilən Gəncə şəhər stadionunda deyil,Tovuz, Qəbələ və Bakıda yerləşən arenalarda rəqiblərini qəbul edib.

İslahat.az