31 Mart 2026
14:19
14

Kids Model & Aktyor Ədalədin Hənifəzadə beynəlxalq uğura imza atdı!

Kids Model və aktyor kimi fəaliyyət göstərən Ədalədin Hənifəzadə beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə görə "Uluslararası En Prestijli Öne Çıkan Kids Model & Aktor” mükafatına layiq görülüb.

 

Mükafat "Caspian Events Group” tərəfindən Baku şəhərində təşkil olunan "Global Red Carpet” layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Ədalədin Hənifəzadə göstərdiyi fəaliyyət və səhnə performansları ilə beynəlxalq səviyyədə diqqət çəkərək bu nüfuzlu mükafata layiq görülüb.