02 Sentyabr 2026
15:48
11

Leyla Bilen azərbaycanda mükafata layiq görüldü

Akademik fəaliyyəti, peşəkar təcrübəsi, kouçinq, insan resursları və şəxsi inkişaf sahəsində uzun illər ərzində göstərdiyi fəaliyyətlə seçilən Leyla Bilen Azərbaycanda keçirilən nüfuzlu mükafatlandırma mərasimində xüsusi mükafata layiq görülüb.

Bilkent Universitetində İngilis Dili və Ədəbiyyatı üzrə bakalavr təhsili alan Bilen, Hacettepe Universitetində pedaqoji formasiya təhsilini tamamlayıb. Dokuz Eylül Universitetində İnsan Resursları üzrə magistr dərəcəsi əldə edib, Anadolu Universitetində isə Beynəlxalq Münasibətlər üzrə ikinci bakalavr təhsilini başa vurub. Hazırda Hacettepe Universitetində İnformasiya və Sənəd İdarəçiliyi üzrə doktorantura təhsilinin dissertasiya mərhələsindədir.

Peşəkar fəaliyyətinə İngilis dili müəllimi kimi başlayan Leyla Bilen daha sonra Türkiyənin müxtəlif şəhərlərində böyük şirkət və holdinqlərdə çalışıb, bir sıra milli və beynəlxalq layihələrdə iştirak edib. 2006-cı ildə satış və təlim sahəsində göstərdiyi yüksək nəticələrə görə "Best Seller” seçilərək beynəlxalq səviyyədə Türkiyəni təmsil edib.

2010–2015-ci illərdə Dokuz Eylül Universitetinin Davamlı Təhsil Mərkəzində yaşam kouçluğu, NLP, kouçinq, mentorluq və insan resursları üzrə təlimlər verib. 2017-ci ildə peşəkar kouçinq üzrə MYK sertifikatı əldə edərək sertifikatlaşdırılmış ilk kouçlar arasında yer alıb.

Leyla Bilen eyni zamanda müəllifdir. "Kaderinizin Rengi Karakterinizde Gizli”, "Değişim ve Dönüşüm Günlüğüm” və "Değişim ve Dönüşüm Kartlarım” adlı əsərlərin müəllifidir. 2020-ci ildən təsis etdiyi Leyla Bilen Akademi çərçivəsində onlayn təlimlər keçirərək şəxsi və korporativ inkişaf, liderlik, kouçinq, kommunikasiya və insan resursları istiqamətlərində fəaliyyətini davam etdirir.

Spirituallıq və şəxsi transformasiya sahəsində də 2005-ci ildən etibarən fəaliyyət göstərən Bilen, Reiki, meditasiya, nəfəs texnikaları və müxtəlif enerji sistemləri üzrə çoxsaylı təlimlər alıb və bu istiqamətlərdə çalışmalar həyata keçirib.

Çoxşaxəli akademik və peşəkar fəaliyyəti, şəxsi inkişaf sahəsindəki xidmətləri və əldə etdiyi nailiyyətləri ilə seçilən Leyla Bilenin fəaliyyəti Azərbaycanda xüsusi mükafatla təqdir olunub. Bilen yaxın zamanda Bakıda öz təlim və seanslarını keçirməyi, Azərbaycanlı iştirakçılarla bilik və təcrübəsini bölüşməyi planlaşdırır.