06 Dekabr 2023
16:10
169

Məlahət İbrahimqızı İtaliyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşüb

Qərbi Azərbaycan İcması tərəfindən Bakıda "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı İtaliyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşüb.

İslahat.az "Yeni Gundem”in məlumatına istinadən xəbər verir ki, Məlahət İbrahimqızı bildirib ki, ötən əsrdə baş verən deportasiyalar soydaşlarımızın mədəni irsinə ağır zərbə vurub. Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz – üzə qalıb. Şura sədri beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların bu faciəyə səssiz qalmasının yolverilməz olduğunu vurğulayıb. Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu, dünya birliyinin bu məsələdə həmrəy olmalı olduğunu qeyd edib.

İslahat.az