16 May 2026
22:28
17

Mentify.az " Caspian Awards 2026 " mükafatına layiq görülüb

Mentify.az " Caspian Awards 2026 " mükafatına layiq görülüb. Ötən gün ölkəmizdə baş tutan gecədə Azərbaycanla yanaşı bir çox başqa ölkələrdən məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında olan Mentify.az da onlardan biridir. Yaradıcısı Aysun Məmmədlinin rəhbərliyi ilə Mentify.az şirkəti "Dünyanın top universitetlərində bakalavr, magistatura, və doktorantura səviyyələrində tam təqaüdlə təhsil almağa imkan verən peşəkar mentorluq xidməti ” üzrə mükafata layiq görülüb.