Şəkinin tanınmış cərrahı Həmidov Vaqif Məmmədsadiq oğlu vəfat edib.
1945-ci il mayın 25-də Şəki şəhərində anadan olan Vaqif Həmidov ömrünü insanların sağlamlığının keşiyində dayanmağa həsr edib. O, uzun illər Şəki səhiyyəsində çalışaraq peşəkar həkim kimi böyük hörmət və nüfuz qazanıb.
Vaqif Həmidov 1994-cü ildə Şəkidə ilk özəl səhiyyə müəssisəsini yaradaraq bölgədə özəl tibb xidmətinin inkişafına mühüm töhfə verib. Onun fəaliyyəti şəhərdə səhiyyənin inkişafında mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.
Uzun illər həkimlik peşəsinə sədaqətlə xidmət edən Vaqif Həmidov 2026-cı il iyulun 7-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, doğulduğu Şəki şəhərində torpağa tapşırılıb.
Allah rəhmət eləsin.