"Azərbaycanın sərhəd-keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur”.
İslahat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarət tədbirləri qurur:
"Azərbaycan həmin qayda və tövsiyələrə tam riayət edir”.
İslahat.az