14 İyun 2024
10:14
207

Milli Qurtuluş Günü

Hazırda Azərbaycan Heydər Əliyevin görmək istədiyi kimi - müstəqil, bütöv və suverendir

 Azərbaycan dövlətçiliyi 1993-cü ilin 15 iyununda öz qurtuluşuna çatdı. Məhz buna görə də bu gün tariximizə Milli Qurtuluş Günü olaraq düşüb. Bu tarixi gün Azərbaycan xalqının gələcəyini müəyyən edən böyük başlanğıc idi. Həmin gününün mahiyyətini bu gün dünya azərbaycanlıları sevgi ilə yaşayır. Vətənini və xalqını sevənlər Milli Qurtuluş Gününün necə  böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu anlayırlar. Xalqımız çətin günlərin ağrılarını, dəhşətlərini unutmur. 15 iyun xalqın və dövlətçiliyin əsl Qurtuluş Günüdür.

 1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqilliyini elan etdikdən sonra əsas məsələ bu dövlətin siyasi özülünü, dayaqlarını möhkəm etmək idi. Bu müstəqilliyin ömrünun əbədi olması üçün layiqli idarəçi və liderə gərək var idi. Xalq və dövlət birliyi olmalı idi ki, müstəqilliyimiz əbədi olsun. Çünki bu dövlət xalqın dövləti olmalı idi. Lakin həmin zamanlar ölkədə özbaşınalıq hökm sürürdü. Milli orduda vəziyyət ürəkaçan deyildi. Ermənistan tərəfindən də təcavüzün güclənməsi dövləti sarsıdırdı. Gənc Azərbaycan dövlətində yaranan hakimiyyət boşluğu, siyasi səbatsızlığın acı nəticələrini xalq görürdü. Çünki bu dövrdə siyasi vəziyyətin gərginləşməsinə görə dövlət idarəçiliyində probemlər yaranmışdır. Eyni zamanda əhalinin sosial durumu gündən-günə daha da ağırlaşırdı. Belə bir zamanda ölkəni bu xaosdan çıxaracaq liderə ehtiyac var idi. Xalq çıxış yolu axtarırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. Bütün cəmiyyətdə bir əminlik var idi ki, yeganə ümid yeri Heydər Əliyevdir. Çünki xalq bu dahi şəxsiyyətin dövlətçilik və idarəçilik təcrübəsinə bələd idi. Məzh onun sayəsində Azərbaycan Sovet dönəmində saysız inkişaf və nailiyyətlət əldə etmişdir. Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev yenidən bu ölkəni ayağa qaldıracaq və dünyaya tanıdacaq. Ona görə də xalqın  təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən ulu öndər öncə ölkədə uzun illər davam edən qarşıdurmanı səngitdi və bunula da respublika vətəndaş müharibəsindən xilas oldu. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Ümummilli liderin özünəməxsus siyasi idarəetmə qabiliyyəti var idi. Ulu öndər çox böyük uzaqgörənliyi və qətiyyəti ilə siyasi böhrana son qoydu. Azərbaycan  demokratik, hüquqi və dünyəvi dövlət kimi dirçəlməyə başladı. Müstəqil dövlət quruculuğu prosesi azərbaycançılqı ideyasına əsaslənaraq aparıldı. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz isalahtlar nəticəsində nizami ordu yaradıldı. Ermənistanla 1994-cü ilin mayında atəşkəs elan olundu. Əlbəttə ki, bu atəşkəs müvəqqəti idi. Azərbaycan bundan sonra beynəlxalq aləmdə öz haqq səsini dünyaya yaydı. Münaqişənin sülh yolu ilə həlli üçün danışlar aparıldı. Qarabağ məsələsinin  həlli Ulu Öndər Heydər Əliyev üçün hər zaman prioritet idi. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli lider məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söyləmişdir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Çox şükür ki, ulu öndərin arzuları həyat keçib. Hazırda Azərbaycan Heydər Əliyevin görmək istədiyi kimi - müstəqil, bütöv və suverendir. Bunu da ümummilli liderin siyasi varisi Prezident İlham Əliyev layiqli şəkildə yerinə yetirdi. Ali Baş Komandan 20 ilə yaxın müddətdə tarixi Qələbəyə aparan siyasət yürütmüşdür Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə xalq qarşısında qürurla Zəfər çıxışı edərək deyib:  "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” Ali Baş Komandan İlham Əliyev Qarabağ zəfəri ilə bizi bir millət olaraq təkcə 30 illik ayrılıqdan deyil, əsrlərdir içimizdə yığılıb qalmış mənəvi ağırlıqdan da xilas etdi. Eyni zamanda dünya azərbaycanlıları yenidən birləşib həmrəy oldular. Bu gün  "Dəmir yumruq” artıq bütün dünya azərbaycanlılarının simvoluna çevrilib.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi