RR detailing Baku şirkətinin rəhbəri olan Murad Allahverdiyev beynəlxalq səviyyədə əldə etdiyi uğurlara görə "PPF Plonka üzrə mütəxəssis” mükafatına layiq görülüb.
Mükafat Caspian Events Group tərəfindən Bakı şəhərində təşkil olunan Global Red Carpet layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Murad Allahverdiyev, RR Detailing Baku şirkətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.