"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” - Ulu Öndər Heydər Əliyev
Müstəqil olmaq və müstəqil qala bilmək anlayışları arasındakı əsas fərq zamandadır. Müstəqil qala bilmək, müstəqil olmaqdan daha çətindir. Suverenliyin davamlılığını təmin etmək idarə edənlər üçün xüsusi əhəmiyyətlidir. Dünya da heç də müstəqilliyini elan edən hər bir dövlət, müstəqil qala bilməmişdir. Tarixdə bununla bağlı onlarla nümunə olsa da, bir neçəsi xüsusi ilə maraqlıdır.
Çar Rusiyasında artan inqilab və azadlıq meylləri Krım türklərindən də yan keçmədi. 7 aprel 1917-ci ildə "Ümum Krım Müsəlmanları Qurultayı” keçirildi. Qurultayın keçirilməsi Krım türklərinin öz azadlıq mübarizəsinə olan inamını artırdı. 1917-ci il 2 oktyabr tarixində Simferopolda keçirilən "II Ümum Krım Müsəlmanları Qurultayı” Krım tatarlarının parlamenti olan Kurultay-a seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi. Noyabr ayının ikinci yarısında seçkilər həyata keçirildi. 9 dekabr 1917-ci ildə Noman Çələbi Cihanın təşkilatçılığı ilə Birinci Krım-Tatar Kurultayı və ya Tatar Parlamenti fəaliyyətə başladı. 13 dekabr 1917-ci ildə Kurultay milli azadlıq, sosial bərabərlik və demokratiya ideallarına əsaslanan Krım Xalq Respublikasını elan etdi. KXR müsəlman dünyasında ilk sosialist respublikası oldu.
Yeni respublikanın müstəqil qalmaq müddəti təəssüf ki, çox davam etmədi. Tezliklə özlərini əvvəllər Rusiya imperiyasının əlində olan bütün torpaqların qanuni varisi kimi görən bolşeviklər, KXR-ə qarşı müharibə elan etdilər. İdeoloq, respublikanın ilk sədri, Krım tatarlarının dövlət himninə çevrilmiş "Ant etkenmen” ("And etdim”) poemasının müəllifi Noman Çələbi Cihanı həbs etdilər. O, 1918-ci il fevralın 23-də güllələndi və nəşi Qara dənizə atıldı. Beləliklə də müstəqil Krım Xalq Respublikası (bəzi mənbələrdə Cümhuriyyəti süquta uğradı).
XX əsrdə ABŞ ərazisində geniş yayılmış "Qızıl qripi” onminlərlə insanı çətin coğrafiyaya malik ərazilərə köç etməyə məcbur edirdi. Bu insanlar əlverişsiz şəraitlərdə yaşayır, qızıl axtarışını həyata keçirir, onu tapdıqdan sonra isə öldürülmədən geri qayıdıb satışını təmin etməli olurdular. Bu tip ərazilərdən biri də Kaliforniyanın Sakramento şəhərindən 100 km uzaqlıqda yerləşən və dünyanın Kobud və Hazır yaşayış massivi idi. Bu ərazidə ilk məskunlaşma mining company from Viskonsin mədənçilik kompaniyası tərəfindən 1849-cu ildə başlanmışdır. Vaxt keçdikcə qızıl axtarışına gələn insanların sayı da artmış və sonra nəticədə yaşayış məntəqəsi şəhərə çevrilmişdir. 7 aprel 1950-ci ildə şəhər həm Kaliforniyadan, həm də ABŞ-dan ayrılaraq öz müstəqilliyini elan etmişdir. Bununda əsas səbəbi artan mədən vergilərindən yayınmaq istəyi olmuşdur. Müstəqil olmağın qalmağın, müstəqil olmaqdan daha çətin olması bir daha özünü göstərmiş və cəmi 12 həftə sonra Böyük Kobud və Hazır Respublikası yenidən ştatlara qoşulmuşdur.
Rusiya-Ukrayna gərginliyi fonunda 2014-cü ildə Rusiyanın adaya qoşun yeritməsi nəticəsində 2014-cü il 17 mart tarixində elan edildi və bir gün sonra Rusiya Federasiyasına birləşdirildi. Formal olaraq Krım adası inzibati ərazi sərhədlərində ikinci dəfə müstəqil dövlət yaransa da, cəmi 1 gün mövcudluğunu qoruya bildi.
Bəzi mənbələrə görə tarixin ən qısa müddətdə mövcud olan müstəqil dövləti hesab olunur. Çar Rusiyasının dağılması nəticəsində yaranmış qeyri-müəyyən mühit bir sıra siyasi qrupların yenidən müstəqil dövlət yaratmaq istəyini ortaya qoyurdu. Sağ, sol və mərkəzdən çoxsaylı fraksiyalar hakimiyyət uğrunda mübarizə aparırdılar. 1918-ci ilin yanvarında demokratik yolla seçilmiş Rusiya Müəssislər Məclisi Rusiya Demokratik Federativ Respublikasının yaradılmasını elan etdi. Lakin bolşeviklərin nəzarətində olan icraiyyə komitəsi yeni respublikanın əsas ideyalarının həddən artıq mötədil olduğunu və ən azı radikal solun tələb etdiyi sürətlə zəruri sosialist islahatlarına təkan verməyəcəyinə inanırdı. Bu səbəbdən də icraiyyə komitəsi dərhal yeni yaranan respublikanı ləğv etdi. Beləliklə bu ölkə bir neçə saatlıq mövcud oldu – nahardan öncə elan edildi, şam yeməyindən sonra süqut etdi.
Bu mövzuda onlarla nümunə gətirmək mümkündür. Diqqət çəkən məqam ondadır ki, nümunə kimi verilən respublikaların üçünün müstəqil qala bilməməsində əsas səbəbkar idarəetmə baxımından fərqlənsə də mahiyyət baxımından eyni olan - Rusiyadır. Bir az daha konkretliyə getsək, Rusiya Federasiyasının qonşusu olmaqla, müstəqil xarici siyasi kurs yeritmək, öz ərazi bütövlüyü və suverenliyini təmin etmək, Cənubi Qafqaz regionunda liderə çevrilmək, Çin və Avropa ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olmaq müstəqilliyin, eyni zamanda müstəqil qala bilməyin ən böyük göstəricisidir. 107 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti də, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 gün ərzində işğala son qoyan, 2024-cü ilin 19-20 sentyabrında öz suverenliyini tam təmin edən Azərbaycan Respublikası da müstəqil qala bilməyin nə qədər çətin və nə qədər məsuliyyətli olduğunu növbəti dəfə dünyaya nümayiş etdirir.
Bugün respublika günü Laçında qeyd olunur. O Laçın ki, uzun müddət nə dili, nə dini, nə də miləti ona uyğun olmayan erməni kəsiminin işğalında olub. Bugün isə ona doğma olanların, öz doğmaları ilə yaşadığı bir məkandır. Belə bir gün də Türkiyə və Pakistan dövlət rəhbərlərinin Azərbaycana daha konkret desək, Laçına səfər etməsi də təsadüfi hal deyildir.
Dost və qardaş üç dövlətin rəhbərlərinin Laçın şəhərində görüşməsi dünyaya verilmiş bir siyasi mesajdır. Nəzərə almaq lazımdır ki, bir müddət öncə öz silahları ilə Ermənistanı silahlandıran Hindistan, Pakistanın dəstəklənməsi bəhanəsi ilə həm Azərbaycan, həm də Türkiyəyə qarşı boykot çağırışları etmişdi. İndi isə Laçından dünyaya dostluq və qardaşlıq çağırışları edilir. Öz müstəqilliyini Cənubi Qafqaz kimi gərgin bir regionda davam etdirən, suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası artıq ümumbəşəri probleblərin həllində iştirak edir, çağırışlar edərək dünyanı bu problemlərə diqqət etməyə səsləyir. Beləliklə Azərbaycan həm müstəqil olmağı, həm də müstəqil qala bilməyi bacarmışdır! 28 May Müstəqillik Günü”
siyasi elmlər üzrə fəlsəfə doktoru Ü.H.Mustafayev