"Global Networking Group" tərəfindən "9 Noyabr – Networking Day" tədbiri təşkil olunub.
Groupun rəhbəri Şamxal Həsənov qeyd edib ki, məqsəd müxtəlif sahələrdən peşəkarları bir araya gətirərək yeni əlaqələr qurmaq və biznes əməkdaşlıqlarını genişləndirmək idi.
İştirakçılar arasında bir çox sahədən insan yer alıb. Onlardan biri də dietoloq Aminə Rəcəbova olub.
Tədbir ilhamverici mühit və qarşılıqlı dəstək atmosferi ilə yadda qalıb.