Turizm sahəsində fəaliyyət göstərən Nurway Travel şirkətinin rəhbəri Nurlan Quliyev beynəlxalq səviyyədə əldə etdiyi uğurlara görə "Uluslararası En Prestijli Öne Çıkan Turizm Markası” mükafatına layiq görülüb.
Mükafat Caspian Events Group tərəfindən Baku şəhərində təşkil olunan Global Red Carpet layihəsi çərçivəsində təqdim olunub. Tədbirdə müxtəlif ölkələrdən iş adamları və şirkət nümayəndələri iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nurlan Quliyev turizm sahəsində göstərdiyi uğurlu fəaliyyət, müştəri məmnuniyyətinə verdiyi önəm və beynəlxalq istiqamətlər üzrə həyata keçirdiyi layihələrlə seçilərək bu nüfuzlu mükafata layiq görülüb.