19 Dekabr 2023
12:28
161

Onlar “Xəyanətə yox” dedilər

Romantik komediya janrında çəkilən "Xəyanətə yox” filminin yayım tarixi bəlli olub.

İslahat.az xəbər verir ki, Ekran işi 21 dekabrdan ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Toy günündə hamı ekranlarda bəylə gəlinin"Love Story”ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir– birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır. Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib "Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Xəyanət edənlərin cəzası sizi çox güldürəcək.

Filmdə Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli Danilova, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev, xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt və başqaları rol alıb.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

İslahat.az