18 Noyabr 2022
13:19
18185

Prezident: “Rusiyanın təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq”

"Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq”.

İslahat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”, - deyə dövlət başçısı bildirib.

İslahat.az