19 Oktyabr 2023
12:12
242

Prezidentdən füzulililərə göstərilən diqqət  

Füzuli Şəhər Gününü Prezident İlham Əliyevin yerli sakinlərlə bir yerdə qeyd etməsi onların sevincinə sevinc qatıb

 Prezident İlham Əliyevin oktyabrın 15-dən başlayan Qarabağ səfəri bir sıra yadda qalan hadisələrlə əlamətdardır. Əlbəttə ki, dövlət başçısının bu səfərində işğaldan yeni azad olunan şəhər və rayonlarda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və Xankəndinin mərkəzi meydanından xalqa etdiyi tarixi müraicəti mühüm əhəmiyyət kəsb edir. Digər məqam isə Prezident İlham Əliyevin 17 oktyabr tarixində "Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüdür. Dövlətimizin başçısı tədbirdə rayon sakinləri ilə səmimi söhbət edərək deyib ki, füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi: "Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”. Gənc nəsilin də Füzuliyə köçərək yaşması vətənpərvərlik, Vətənə bağlılıq nümunəsidir. Füzulidə yeni nəsil füzulililər yetişəcək, böyüyüb boya-başa çatacaqlar. Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir: "İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var”. 30 ilə yaxın idi ki, füzulililər öz torpaqlarını görəmdən böyüyürdülər. Onlar üçün Füzuli ancaq xəyal, şəkil olaraq var idi. 44 günlük Vətən maharibəsində qazanılan şanlı Zəfər xəyalları reallığa çevirdi. Ermənilər Füzulini də işğal müddətində xarabalığa çevirmişdir. Rayonun bu vəziyyətini yerli sakinlərdən biri Prezident İlham Əliyevlə görüşdə belə təsvir edib: "İki il öncə biz burada - Füzulidə təməlqoyma mərasimində iştirak edəndə burada heç nə yox idi. Doğrudan da hər yan xaraba idi. İndi çox şükür, var olun, böyük, abad bir şəhərə çevrilibdir, qürurvericidir. Özü də təkcə Füzuli yox, bütün Qarabağ tikinti meydanıdır, hər yerdə yollar çəkilir, şəhərlər salınır, kəndlərin bünövrəsi qoyulur, infrastruktur layihələri icra edilir”. Prezident İlham Əliyev Füzuli işğaldan azad olunduqdan sonra füzulililərlə görüşdə vəd vermişdi ki, rayon yenidən qurulub, abadlaşdırılacaq. Artıq bu işlər görülüb. Cənab Prezident Füzulinin yeni görkəmini belə ifadə edib: "Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır”. İşğaldan azad olunan Qarabğın müasir siması da regionda yeni reallıq yaradır. Dünya Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünü görür. Azərbaycan ərazi bütövüyünü bərpa etməklə hərbi qüdrətini də beynəlxalq aləmə nümayiş etdirdi. 19-20 tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar ağ bayraq qaldırdı və tərksilah edildi. Dövlətimizin başçısı separatçıların kitabının birdəfəlik bağlandığını qeyd edib: "Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik”. Qarabağ məsələsinin həll olunması, Ermənistanla sülh razılaşmasının əldə edilməsi üçün Azərbaycan diplomatik müstəvidə danışıqlar aparır. Ermənistan ilkin olaraq sülh şətlərini qəbul edib. Amma Ermənistan bu yolda real addım da atmalıdır. 

 Azərbaycan heç bir ölkədən kömək almadan, öz iqtisadi potensialı, gücü hesabına  Qarabağda bərpa, yenidənqurma işləri aparır. Buralara işğaldan az sonra gəlib erməni vandalizmini görüb heyrətə gələnlər, 3 il sonra bir də gələndə yeni görükəmdən valeh olur. Bunu xarici eksptlər, eləcə də rayon sakinləri də qeyd edirlər.  İşğaldan azad olunan ərazilərdə bütün işlər beynəlxalq standartlar çərşivəsində aparılır. Prezident yerli sakinlərlə görüşdə bildirib ki, bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq: "Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur”.

 Bu gün artıq Füzuli sakinləri öz torpaqlarına qaydırlar. Onlar 30 əvvəlki kimi yaşayb, yaradacaq, öz məşğuliyyətlərini davam etdirəcəklər. Füzuli rayonu da Azərbaycanın iqtisadi, aqrar və digər sahələrdə inkişafına öz töhfəsini verəcək. Burada əhalinin işlə təmin olunması üçün də tədbirlər görülür. Bu haqda dövlətimizin başçısı belə deyib: "Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək”. İqtisadi amilin nəzərə alınması, əhalini bu torpaqlara daha da bağlayacaq. Necə deyərlər, əhali öz torpaqlarında yaşayıb, öz torpaqlarında qazanacaq. Bunun üçün onlara rahat şərait yaradılıb. Cənab Prezident füzulililərələ görüşdə bu haqda danışıraq öz fikir və tövsiyələrini verib. Füzuli sakinləri Füzuli Şəhər Gününündə keçirilən bu görüşdən məmnun qaldıqlarını bildiriblər.

Bir daha görünür ki, 17 oktyabrda Füzuli Şəhər Gününü Prezident İlham Əliyevin yerli sakinlərlə bir yerdə qeyd etməsi onların sevincinə sevinc qatıb. Bu, dövlət başçısının xalqla biriyinin, vətəndaşlara göstərdiyi diqqətin bariz nümunəsidir.  

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu