22 Dekabr 2023
12:48
78

Professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunan tədbir keçirildi

Dekabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli ictimai xadim, oftalmoloq-alim, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunan tədbir həyata keçirib.

İslahat.az "Yeni Gundem”in məlumatına istinadən xəbər verir ki, tədbirdə görkəmli alim Zəhra Quliyeva haqqında çıxışlar səsləndirilib.

Qeyd edək ki, Zəhra Quliyevanın digər fəaliyyətlərindən savayı, oftalmologiya sahəsində də uğurları, gördüyü işlər danılmazdır. O, gənc kadrların yetişdirilməsində göstərdiyi səylərinə görə tibb ictimaiyyətinin hörmət və ehtiramını qazanmışdır. Onun əziz xatirəsini hər zaman hörmətlə, qürurla yad edirik!

Dünya oftalmologiya elmində Zəhra Quliyeva öz dəst-xətti olan bir alim kimi qalıb.
Professor Zəhra Quliyeva Azərbaycanın görkəmli elm və dövlət xadimi, Tibb İnstitutunun rektoru, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, həmçinin uzun illər Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.

Zəhra Quliyeva Azərbaycanın milli mənəvi dəyərlərini öz həyatında yaşadan və gələcək nəsillərə ötürən bir şəxsiyyət olub. Tibb elminə verdiyi töhfələrlə, vətənpərvərliyi, natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə nüfuz qazanıb.

İstedadlı oftalmoloq-alim kimi onu hamı sevir, fəaliyyətini yüksək qiymətləndiririk.

İslahat.az