14 Avqust 2024
23:17
227

“Proqressiv Gənclik- Sahibkarlığa uğurla addımla! ” layihəsi çərçivəsində təlimlər davam edir

"Proqressiv Gənclik- Sahibkarlığa uğurla addımla! ” layihəsi çərçivəsində təlimlər davam edir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi dövlətin gənc sahibkarlığının inkişafı üçün gördüyü işlərə töhfə vermək, həmçinin ölkə iqtisadiyyatının tərəqqisi və rifahına dəstək olmaqdır.

Bu məqsədlə layihənin növbəti təlimləri 12-13 avqust 2024-cü il tarixlərində "ASAN Könüllüləri” və "BDU Könüllüləri” təşkilatlarının təşkilati dəstəyi ilə Bakı şəhərində baş tutmuşdur. Təlimlərdə hədəf qrup Qarabağ ərazisindən olan və sahibkarlığın inkişafına Qarabağda dəstək olmaq istəyən gənclərdən ibarət olmuşdur. Keçirilən təlimlərin maraq yaratmağı nəticəsində iştirakçı sayı nəzərdə tutulandan daha çox olmuşdur.

Təlimlərin açılışında layihə rəhbəri Qərənfil Rəhmanova Süleymanova və layihə meneceri Selcan Əlibəyova iştirakçıları salamlamış, Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyətləri barədə məlumat vermişdir. Təlimçi Rəvan Cəfərli iki gün ərzində "Şəxsi inkişaf nədir?”, "Karyera planlaşdırılması”, "Uğursuzluqdan qazanılan uğurlar”, "Biznesə başla və inkişaf etdir”, "Sahibkarlıq fəaliyyətinin əsas şərtləri” mövzularında gəncləri maarifləndirmişdir.

Təlimlərin yekununda iştirakçılar sertifikatla təltif olunmuşdur.