10 Sentyabr 2024
23:32
240

“Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi yekunlaşdı

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi"İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsinin qaliblərindən olan "Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi yekunlaşdı.

Layihənin əsas məqsədi dövlətin gənc sahibkarlığının inkişafı üçün gördüyü işlərə töhfə vermək, həmçinin ölkə iqtisadiyyatının tərəqqisi və rifahına dəstək olmaqdan ibarət idi.

Layihə çərçivəsində Gəncə və Bakı şəhərlərində 2 günlük sahibkarlıq və karyera inkişafı istiqamətində Qarabağ ərazisindən olan 18-29 yaşlı gənclərə təlimlər keçirildi.

Layihənin yekununda 09 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Forum keçirildi. Forumda sahibkarlıq arzusunda olan, Qarabağ ərazisində sahibkarlıq fəaliyyəti qurmaq istəyən gənclər iştirak etdi.

Forumun açılış nitqini layihə rəhbəri Qərənfil Rəhmanova Süleymanova edərək gəncləri və dəvətliləri salamladı, layihə barədə məlumat verdi.

Daha sonra layihə meneceri Selcan Əlibəyova Forumun moderatorluğunu edərək paneli açıq elan etdi.

Forum 2 paneldən ibarət idi. Belə ki, spikerlər Rəvan Cəfərli, Orxan Salmanov, Rafət Şirəliyev və Xədicə Zeynallı sahibkarlıqla bağlı müxtəlif mövzulara toxunaraq gənclərin gələcək sahibkarlıq fəaliyyətlərinə dəstək oldular.

Qeyd edək ki, Forumda gənclərlə yanaşı dövlət, özəl sektor və QHT nümayəndələri də iştirak edirdi.