25 Aprel 2024
15:24
462

Psixoloq Güliydə Xudaverdiyeva Mükafata Layiq Görüldü

Ötən gün ölkəmizdə keçirilən "Azərbaycan Brendi Milli Mükafatı"na psixoloq, psixopedaqoq, uşaq inkişaf mütəxəssisi, təhsil koçu Güliydə Xudaverdiyevada layiq görülmüşdür.

Pedaqoji sahədə fəaliyyət göstərmək üçün müvafiq ixtisas artırma təlimlərindən keçmiş, müxtəlif dillərdə, yerli və xarici ölkələrdə təşkil olunmuş bir çox elmi praktiki konfranslarda, seminarlarda iştirak etmiş Güliydə Xudaverdiyeva göstərdiyi psixoloji və pedaqoji xidmətlərə əsasən bir sıra mükafatlarla təltif edilmişdir.