27 Dekabr 2023
17:22
149

Romantik komediya janrında çəkilən “Xəyanətə yox” filminin qala gecəsi keçirilib

Xalq artistləri Həmidə Ömərova, Sabir Məmmədov, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt, məşhur aparıcı Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev və başqalarının rol aldığı ekran işinin nümayişinə media nümayəndələri, tanınmış sənət adamları qatılıblar.

Komediya janrında çəkilmiş filmdə tamaşaçılara maraqlı, gülməli səhnələrlə yanaşı sosial mesajlar da yerində çatdırılıb. Filmin sonunda aktyor və heyyəti ayaqüstə alqışlanıb. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Toy günündə hamı ekranlarda bəylə gəlinin "Love Story”ni gözlədiyi vaxt, bəyin xəyanət videosuna baxmalı olurlar. Aləm bir– birinə dəyir, toy dağılır. Təbii ki, bu xəyanət bağışlanmır.Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib "Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar. Qadınların intiqamı və gücü izləyiciləri çox təəccübləndirəcək. Xəyanət edənlərin cəzası isə güldürəcək.

"Xəyanətə yox” filmini şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

İslahat.az