Oktyabrın 12-də 83 saylı Beyləqan seçki dairəsi üzrə Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov seçicilərlə görüşüb.
İctimai.az xəbər verir ki, deputat bununla bağlı özünün rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
"Aylıq qəbul qrafikinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının qərargahında keçirilən görüşdə qabaqcadan müraciət edən şəxlsər iştirak edib. Vətəndaşların əsasən işsizlik və sosial məsələləri əhatə edən müraciətləri dinlənilib, köməklik göstərilməsi üçün qeydiyyata alınıb. Deputat qeyd edilən məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib".