27 Oktyabr 2024
09:50
269

Şahin İsmayılov növbəti dəfə seçicilərlə görüşüb

83 saylı Beyləqan seçki dairəsi üzrə Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov növbəti dəfə vətəndaş qəbulu keçirib.

İctimai.az xəbər verir ki, deputat bununla bağlı özünün rəsmi feysbuk səhifəsində məlumat paylaşıb.

Məlumata görə deputat aylıq qəbul qrafikinə uyğun olaraq oktyabrın 26-da Beyləqan rayonunun Dünyamalılar kəndinin sakinləri ilə görüşüb. Əvvəlcə kəndin ümumi problemləri ilə bağlı kollektiv müraciətlər dinlənilib. Daha sonra fərdi qaydada görüşlər keçirilib və sakinləri narahat edən müxtəlif problemlər qeydə alınıb.

Qeyd edilib ki, vətəndaşların ümumi və fərdi müraciətləri araşdırılaraq həlli üçün səy göstəriləcək.