Sədaqət Rəhimova Caspian Awards 2026-da Mükafata Layiq Görüldü
Pedaqogika üzrə fəlsəfə doktoru Sədaqət Rəhimova, Caspian Awards 2026 çərçivəsində təhsil sahəsində göstərdiyi fəaliyyət, elmi töhfələri və peşəkar uğurlarına görə mükafata layiq görülüb.
Sədaqət Rəhimova uzun illər ərzində təhsil və pedaqogika sahəsində həyata keçirdiyi fəaliyyət, elmi yanaşmaları və maarifləndirici təşəbbüsləri ilə seçilib. O, "Qızıl Qələm”, "Məhsəti xanım Gəncəvi”, "Xan qızı Natəvan” və digər nüfuzlu mükafatların laureatıdır.
Tədbir çərçivəsində onun təhsil sahəsinə verdiyi töhfələr və peşəkar fəaliyyəti yüksək qiymətləndirilib. Caspian Awards 2026 müxtəlif sahələr üzrə fərqlənən şəxslərin uğurlarını ön plana çıxaran və onların fəaliyyətini geniş auditoriyaya təqdim edən layihələrdən biri kimi diqqət çəkib.