"COVID peyvəndlərinin mövsümi
peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur”.
İslahat.az xəbər
verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə
açıqlamasında deyib.
Nazirin fikrincə, gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər
pandemiyanın sona çatdığı elan olunsun:
"Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var.
Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt
keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik
olsa ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.
İslahat.az