27 Avqust 2023
10:15
240

Separatçılığın qarşısının alınması üçün atılmış addım

Azərbaycan qanun çərçivəsində addım ataraq öz sərhədlərinin təhlükəsizliyi və ərazi bütövlüyü naminə "Laçın” sərhəd-buraxılış məntəqəsini yaradıb.

Artıq regionda yeni siyasi və iqtisadi reallıq yaranıb. Azərbaycan regional geosiyasəti quruculuq yolu ilə həyata keçirir. Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. "Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar. Lakin Ermənistan "Laçın” sərhəd buraxılış məntəqəsinin təsis edilməsini heç halda qəbul edə bilmir. Buna görə də bir neçə dəfə burada hərbi təxribatlar törədiblər. "Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın manipulyasiyalarının strateji hədəfi bəllidir. "Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Ermənistan burada süni gərginlik yaradaraq beynəlxalq aləmin diqqətini özünə çəkir. Ermənilər Xankəndində yaratdıqları süni gərginliyi dünyaya yaymaqda davam etirirlər. Separatçı qurumun "ombudsman aparatı” güya yerlərdə Azərbaycan tərəfindən yerli xalqının insan hüquqlarının pozulmasını sənədləşdirmək üçün faktaraşdırma fəaliyyəti göstərir. Ermənistanda yalandan gündəm yaradırlar ki, güya "blokadanı səbəb olduğu humanitar fəlakətə” görə Xankəndəki hətta hamilə qadınların 90%-dən çoxunda anemiya var. Məlumat yayırlar ki, hamilə qadınlar üçün əsas qida maddələri və dərman çatışmazlığı səbəbiylə son aylarda qiymətlər 3 dəfə artıb. Bununla bağlı huşunu itirərn qadınların şəkillərini yayırlar. Məsələn, iyulun 25-dən etibarən, bütün "artsax” üzrə ictimai nəqliyyat yanacaq olmaması səbəbindən tamamilə dayandırıldığını bildirmişdirlər. Bununla bildirmək istəyirdilər ki, yerli istehsal olunan mövsümi kənd təsərrüfatı məhsulları artıq "artsaxın” müxtəlif rayonlarından və icmalarından əhalinin sıx məskunlaşdığı ərazilərə çatdırılmır. "Xüsusilə şəhər yaşayış məntəqələrində ictimai nəqliyyatın rolunun əhəmiyyəti danılmazdır. Onun pozulması və tamamilə bağlanması daha çox insan iztirablarına və əhalinin normal həyatının təşkili üçün çətinliklərə səbəb olur”, - deyə yalan xəbər yaymışlar. Lakin bütün bu xəbərlərin yalan olduğunu ermənilər elə özləri ifşa edirlər. Xankəndində həyat heç də onların dediyi kimi gərgin deyil. Əhali hər zamanki kimi kef, əyləncə həyatı keçirir. Ermənilərin sosial şəbəkələrdəki şənlik paylaşımlarından bunu açıq-aydın görmək olur. Bundan bir daha aydın olur ki, Xankəndindəki separatçılar əhalinin istıyinə uyğun olamayan siyasət həyata keçirirlər. Separatçılar, həm də yerli əhalini qorxu içərisindən saxlayıblar.

Rəsmi İrəvan sülh tərəfdarı olsaydı "Laçın” sərhəd buraxılış məntəqəsinin fəalliyyətinin faydasını anlayardı. Çünki Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyəti davam etdirilir. Erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə heç maneçilik törədilmir. Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti budur ki, bölgədə qanunsuz fəaliyyətlərin, əsasən də separatçılığın qarşısı alınsın. "Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Ermənistan müxtəlif yollarla "Laçın” sərhəd buraxılış məntəqəsinin fəalliyyətinə maneəçilik yaratmağa çalışır. Bununla Ermənistan Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığını bir daha göstəmiş olur.

Azərbaycan isə daim Ermənistanı sülhə dəvət edir. Sülhün əldə olunması üçün isə regionda, xüsusən də Azərbaycan-Ermənistan sərhədlərindən təhlükəsizlik təmin edilməlidir. 30 ilə yaxın müddətdə bu ərazilərdə ermənilər tərəfindən qanunsuz gediş-gəliş olmuşdur. Buna görə də "Laçın” sərhəd-buraxılış məntəqəsini təsis etməklə Azərbaycan milli maraqların qorunması naminə siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: "Azərbaycan-Ermənistan sərhədində "Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Göründüyü kimi Azərbaycan qanun çərçivəsində addım ataraq öz sərhədlərinin təhlükəsizliyi və ərazi bütövlüyü naminə "Laçın” sərhəd-buraxılış məntəqəsini yaradıb. Bu, həm də regionda sülhün və təhlükəsizliyin yaranması istiqamətidə Azərbaycan tərəfindən atılmış növbəti addımdır.

Paşa-zadə Kamal Çingiz oğlu 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi