27 Dekabr 2023
15:56
235

Sərhədi pozmağa cəhd edən İran vətəndaşları saxlanıldı

Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində2 nəfər naməlum şəxstərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

İslahat.az xəbər verir ki, bu barədə "Yeni Gundem”-ə DSX-dən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi8 kiloqram 75 qramnarkotik vasitə marixuanavə2 ədədgüclü təsiredici vasitə hesab edilənMetadon M – 40həbiaşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

İslahat.az