26 May 2023
09:37
269

Şərqdə 105 il bundan öncə yandırılan işıq

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Cümhuriyyətin layiqli varisi olaraq inamla müstəqil olaraq inkişaf edir

Cümhuriyyət tariximiz daim diqqətdə saxlanılır. Bunu bariz nümunəsi 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsidir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.

28 May- Müstəqillik Günü dünya azərbaycanlıları üçün özəl bir gündür. Bu günü Ulu Öndər Heydər Əliyev belə dəyərləndirib: "28 May günü Azərbaycan xalqı üçün əziz gündür. "Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. Xüsusən 2018-ci Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənələ şəkildə qeyd olundu. Bununla bağlı istər ölkə daxilində, istərsə də xaricdə bir sıra tədbirlər keçirildi. Bu baxımdan, xaricdəki soydaşlarımız da müxtəlif istiqamətdə tədbirlər keçirdilər. Prezident İlham Əliyev 2018-ci ili ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli” etməsi xaricdəki həmvətənlərimizin məsuliyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin 2018-ci ili ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə bağlı sərəncamı tarixi qərardır. Bunu hər bir azərbaycanlı çox böyük sevinclə qarşıladı. Bu, dövlət başçısı tərəfindən Azərbaycan tarixinə verilən dəyər, qiymətdir. Çünki 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir. Hər soydaşımız AXC və onun qurucuları haqqında fəxrlə danışır.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətdə olduğu 23 aylıq dövrdə mükəmməl iqtisadi siyasət həyata keçirilib və çoxşaxəli xarici-ticarət əlaqələri qurulub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti sahib olduğu iqtisadi imkanlara görə az müddətdə çevik islahatlar aparıb. Həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam formalaşdırılıb. 23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxülislamov, Xosrov bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf naziri), Cəmobəy Hacinski, Məmməd Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye naziri), G.Lizqarın (ərzaq naziri). 1918-1920-ci illərdə AXC hökuməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilib, maliyyə işi qaydaya salınıb. Bunlardan başqa, Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolunun çəkilişi işi sürətləndirilib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Bu gün məhz Heydər Əliyev siyasətinin nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Cümhuriyyətin layiqli varisi olaraq inamla müstəqil olaraq inkişaf edir güclənir və çiçəklənir.

Şərqdə 105 il bundan öncə yandırılan işıq ölkəmizin üzərində heç vaxt sönməsin. Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində milli ordumuzun şücaəti ilə işğaldan azad olunan topraqlarımızda dövlət bayrağımız dalğalanır. Bir kərə yüksələn üçrəngli dövlət bayrağımız bir daha Qarabağımızın üzərindən enməsin.

Paşa-zadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi