14 İyun 2024
10:18
410

Tarixi qayıdış

Ümummilli lider Heydər Əliyev: "...bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”

 Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik salnaməmizdə silinməz izlər qoyub. Dahi lider azərbaycanlı olması ilə ömür boyu fəxr etmişdir. O, xalqımızın milli qürur və iftixar mənbəyidir. Azərbaycan xalqı ulu öndərin əziz xatirəsini hər zaman uca tutur. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd olunur. Xatırladaq ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün xilaskarlıq missiyasını yerinə yetirdi. O zaman xalq sanki başısız qalmışdır. Dövlət idarəçiliyi itmişdir. Azərbaycan müstəqilliyi təhllükə altında idi. Belə zamanda xalq öz liderini yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndər Heydər Əliyev həmin günləri belə xatiırlayırdı: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın rəmzidir. Bu gün birmənalı olaraq qeyd edilməlidir ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu, Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoyulmuş fəaliyyət nəticəsində başa gəlmişdir. Ulu Öndərin 15 iyunda hakimiyyə tarixi qayıdışı Azərbaycanın siyasi taleyini həll etdi. O, hakimiyytə qayıdan kimi öncə ölkəni sabitliyə aparan ilk addımlar atdı. Belə ki, . 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamı yatırdı. Bununla ölkənin parçalanmaq təhülkəsinin qarşısı alınmışdır. Çünki Gəncədə baş verənlər Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhlükə idi. Qiyamçilar heç kimi dinləmək istəmirdilər. Onların istəyi isə müstəqil dövlətiçiliyimizə zərbə vuracaqdı. Ulu Öndər onlarla danışıqlar apararaq milli birlik və dövlətçiliyin qorunması məsələsini ortaya qoymuşdur. Ümumiyyətlə, milli birlik və həmrəylik məsələsi Ulu Öndərin hər zaman diqqətində olub. Çünki hər hansı dövlətin var olub yaşamsı üçün xalqın öncə milli birliyi olmalır. Xalqı öz dövlətini və liderini sevib qəbul etməlidir. Azərbaycan xalqı da Ulu Önədr Heydər Əliyevə olan sevgini hər zaman göstərib. 1993-cü ildə ölkəmizdə keçirilən prezindet seçkilərində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu Öndər bu sözlərinə ömrünün sona kimi sadiq oldu. Xalqın ona göstərdiyi etimadı çox yüksək səviyyədə doğrultdu. Azərbaycan məhz 1993-cü ildən sonra çiçəklənməyə başladı, inkişaf etdi. Ulu Öndər beynəlxalq aləmdə Azərbaycanı tanıdaraq sayılıb-seçilən dövlətlər sırasına yükəsəltdi. Bu missiyanı daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev icra etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən önəmlisi isə Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirərək işğaldakı torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu şərəfli vəzifəni icra etmək isə ən böyük xoşbəxtlikdir.

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi