01 Mart 2023
13:48
825

Telman Həsənov onlardan danışdı: "Qeyri-etik hərəkətdir"

İstedadlı müğənni Telman Həsənov şou-biznesə yeni gələn bəzi həmkarlarına səslənib.

İslahat.Az xəbər verir ki, o, bəzi həmkarlarını qınaq obyetinə çevirib.

"Həmkarlarımın hər birinə dəyər verir, onların xətirlərini əziz tuturam. Amma bəziləri elə addım atır ki, bu, sənətimizə xələl gətirir. Bir də görürsən ki, hey gileylənir "Ay, mən bu məclisə getmirəm, flankəs ordadırsa mən yoxam" kimi ifadələr ilədirlər. Halbuki onun flankəs dediyi sənətkardır, hətta əməkdar incəsənət adamıdır. İnsan gərək sənətindən asılı olmayaraq böyüyün, kiçiyin yerini bilsin. Düzdür, öz fikirləridir, amma qeyri-etik hərəkətdir. Sözüm bu sənətə yeni gələn həmkarlarımın bəzilərinə aiddir" deyə T.Həsənov qeyd edib.