14 Oktyabr 2023
13:03
236

Terrorçuluğun qarşısının alınmasında beynəlxalq əməkdaşlıq

Azərbaycanda beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları mübarizə aparılır

Cənubi Qafqaz regionuda maraqlı tərəflər hər zaman ekstremizm və separatizm fəaliyyəti aparıblar. Xüsusən Azərbaycanda ekstremist və separatçılar daha çox öz çirkin niyyətlərini həyata keçiriblər. Lakin son zamanalar Azərbaycan hökuməti tərəfindən bu cür siyasət aparan qüvvlərin aşkarlanması istiqamətində də çox ciddi işlər aparılıb. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidməti operativ fəaliyyət göstərərək ölkəmzin suverenliyinə, təhlükəsizliyinə və milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, separatçılıq, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması məqsədi ilə tədbirlər görür. Eyni zamanda bu qurum beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə də mübarizə aparır. Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclasının keçirilməsi bu istiqamətdə görülən əhəmiyyətli işlərdəndir. İclasda MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri iştirak ediblər. Qeyd edək ki, iclas iştirakçılarını elə həmin gün Prezident İlham Əliyev qəbul edib. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov da qəbulda Azərbaycanın həmişə Şuranın işinin təşkili üçün əlverişli və gözəl şərait yaratdığını deyib. Qəbulda tədbirin hazırlanmasında aparılan ilkin işlərə görə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinə də minnətdarlıq ifadə olunub.

 Görüşdə Prezident Azərbaycana, eləcə də MDB ölkələrinə olan təhdidlərdən danışıb. Dövlətimizin başçısı çıxışında qonaqlara Qarabağla bağlı geniş tarixi arayış verib: "Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub”. Azərbaycanda, eləcə də kənardan Azərbaycana qarşı ekstermist və separatçılıq fəaliyyətini əsasən Ermənistan qaynaqlanan qüvvələr həyata keçirirdilər. Elə məhz bunu nəticəsidir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Bu mövzuda cənab Prezident qeyd edib ki, Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. "Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı”, - deyə cənab Prezident son illərin uğurlu antiterror əməliyyatları ilə bağlı fikirlərini davam etdirib. 

 Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilmişdir və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər. Rəsmi İrəvanın hərbi separatçı-terrorçu hökumət olmasını elə dövlət başısının öz dilindən çıxan sözlər sübtlayırdı. Vaxtilə Ermənistanın keçmiş prezidenti Serj Sərkisiyan xarici agentliklərə verdiyi müsahibələrində demişdir ki, son ana qədər xocalılar fikirləşidrilər ki, onlar qadınlara, uşaqlara əl qaldırmayacaqlar. Bildirmişdir ki, ancaq o sterotipi sındıraraq azərbaycanlıların gözlərini qorxudmaq üçün onalar heç kimə aman verməyiblər. Ayrıca 2023-cü ilin 20 sentyabrına kimi Ermənistan Respublikası və separatçılar işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərirdilər. Azərbaycanın 19 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni silahlılar zərərsizləşdirilidi. Cənab Prezident bu haqda da danışaraq deyib ki, bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Xatırladaq ki, iclasdakı çıxışlarda da bu mövzuya toxunulub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verib.

Rəsmi İrəvanla separatçılar və erməni lobbisi arasındakı fikir ayrılığı ölkənin özündə ictmai-siyasi sabitliyə təhlükə idi. Ermənistanın havadarlarının müdaxiləsi ilə müxtəlif zamanlarda bu ölkədə siyasi gərginlik yaranmışdır. Bu gün də Ermənistan bu gərginliyin içindədir. Xalq ilə dövlət arasında böyük bir uçurum var. Ayrıca Qarabağda məğlubiyyət xalqı dövlətə qarşı daha da qıcıqlandırıb. Çünki Ermənistan anlamalı idi ki, hərbi gücü yoxdursa, Azərbaycanla sülhə getməkdən başqa yolu yoxdur.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent