17 Avqust 2023
10:30
204

"Təxribatçı addımların cavabdehliyini Ermənistan daşıyır” - Aydın Hüseynov

Ermənistan öz təcavüzkar xislətinə uyğun olaraq atəşkəsə əməl etməməyə davam edir. Bu hal təəssüf son zamanlar daha da artıb. Aidiyyəti qurumlar, istər şərti sərhəd ərazilərdə, istər, əks tərəfdə, istərsə də, Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə gedən prosesləri mütəmadi olaraq izləyir. Hətta ictimaiyyətə də baş verən prosesləri açıq şəkildə göstərilir.

İslahat.az xəbər verir ki, bu sözləri "Yeni Gundem”-ə Milli Məclisin deputatıAydın Hüseynovaçıqlayıb.

Millət vəkili bildirib ki, İrəvan bir daha mövqeyində qeyri-qətilik nümayiş etdirir.

"Təbii ki, bu hallar iki ölkə arasında gedən nomallaşma prosesinə, eləcə də aparılan danışaqların gedişinə, xüsusən də bağlanacaq sülh müqaviləsinə zərbələrdir. İrəvan bir daha mövqeyində qeyri-qətilik nümayiş etdirir. Biz beynəlxalq tribunalarda Ermənistanın mövqeyini dinləyəndə görürük ki, bütün çıxışlarda cəhdləri yalnız Azərbaycanı günahkar, işğalçı, erməni xalqına qarşı soyqırım törətmiş bir ölkə kimi tanıtmağa çalışdıqlarını görürük. Bu gün işğaldan azad edilmiş bölgələrimizə həm diplomatların həm də, jurnalistlərin səfəri var. Üstəlik, bu hadisələrin fonunda dinc dayanmayan mənfur qonşumuz hərbi təxribatlarından da qalmır, diversiya qrupları ilə müxtəlif manevr etməyə çalışırlar. Amma görünür, onlar 44 günlük Vətən müharibəsindəki müzəffər ordumuzun rəşadətini unudublar. Bu addımlarla İrəvan həm beynəlxalq qanunalara həm də, Azərbaycana qarşı hörmətsizliyini nümayiş etdirir. Görünür, Ermənistan lideri ya hələ də beynəlxalq siyasətin nə olduğunu, götürülən öhtəliklərin yerinə yetirilməsi cavabdehliyini anlamır, ya da ordu daxilindəki, müəyyən güclər hakimlik edə bilmir. Çünki, məhz Paşinyan özü ölkələr arasında münasibətlərin münqişə ilə deyil, diplomatik yolla həll edilməsi barədə fikilərlə çıxışlar edib. Lakin görünən mənzərə İrəvanın sözündə bütöv olmadığı əks etdirir. Azərbaycan isə öz öhtəliklərinə sadiqdir. Razılaşdırılmış atəşkəsə hörmət nümayiş etdirir. Humanitar yardımların yerinə yetirilməsi alternativ və ölkə qanunları çərçivəsində addımlar atır”.

A.Hüseynovun fikirincə, Ermənistanın atəşkəsiz pozulması istiqamətində təxribatlarının məqsədi bölgədə gərginliyi artırmaqdan bir şey deyil.

"Rəsmi İrəvan unutmamalıdır ki, bu gün bölgənin tək güc sahibi Azərbaycandır. Bizim ordumuz icra olunmayan BMT-nin qətnamələrini öz gücü ilə həll etmiş bir ordudur. Burada nəinki ordu, hətta cəmiyyət də bu məsələdə həssasdır. Ermənistan unutmamalıdır ki, silahlı qüvvələrinin 70 faizdən çoxunu 44 günlük müharibədə məhv etmiş Azərbaycan daha da güclüdür. Bird aha xatırlatmaq yerinə düşər ki, Azərbaycanın "Dəmir yumruğ”u yerindədir və istənilən halda təxribatçıları və düşmən gücləri əzmək potensialındadır. Ermənilərin son təxribatçı fəaliyyəti sülhün tərəfdarının Azərbaycan olduğunu açıq şəkildə göstərir. Vəziyyət onu da göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanması gecikdirməyə çalışır. Əgər Ermənistan sülh istəmirsə, atılan təxribatçı addımların cavabdehliyini Ermənistan daşıyır”,-deyə o qeyd edib.

Fərahim Rəhimov

İslahat.az