Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya MərkəzininDəmiryolu Səyyar Klinikası 23-24iyun2023-cü il tarixlərində Tovuz şəhər sakinləri üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirəcək.
İslahat.az xəbər verir ki, bu barədə "Yeni Gundem”– ə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Tovuz şəhər sakinlərinə tibbi xidmət göstəriləcək. Tibbi aksiyanın keçirilməsində əsas məqsədləri pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir. Qeyd edilməlidir ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən,öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər daima artır.
Həmçinin qeyd edək ki,Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasıda fəaliyyətə başlayıb.
Hazırda dünyada 7,8milyard insandan 2,2 milyard insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti respublikada korluğun qarşısının alınması üçün tədbirlərgörməkdir.
Nə vaxt:23-24 iyun2023, saat09:00
Harada:Tovuz şəhəri, Dəmiryoluvağzalı
Əlaqə:Mob:(+994) 559133165, (012) 5682890.
Email:[email protected]
İslahat.az