Tural Ələkbərov Azərbaycan Travel Blogerləri Assosiasiyasının üzvü seçilib.
Azərbaycan kinosunun gənc və istedadlı simalarından olan Tural Ələkbərov aktyorluq və media sahəsində fəaliyyətini uğurla davam etdirir. O, karyerasına Bakı Uşaq və Gənclər Teatrında aktyor kimi başlayıb, daha sonra bir sıra televiziya serialları və film layihələrində rol alaraq geniş tamaşaçı auditoriyası qazanıb.
Əsas seriallar:
• "Eşqə Düşdük”
• "Xəyanət”
• "Yad Qohumlar”
• "Qardaş Andı”
• "Bir Qadın”
• "Cehizsiz Gəlinlər”
• "13-cü Mənzil”
• "Ata Ocağı”
Aktyorluq fəaliyyəti ilə yanaşı, Tural Ələkbərov travel blogger kimi də aktivdir. O, dünyanın müxtəlif ölkələrinə səyahət edərək Azərbaycan izləyiciləri üçün turizm, mədəniyyət və səyahət mövzularında keyfiyyətli məzmunlar hazırlayır. Bu fəaliyyətinin davamı olaraq Tural Ələkbərov Azərbaycan Travel Blogerləri Assosiasiyasının üzvü seçilib.
Eyni zamanda, Tural Ələkbərov "Caspian Events Group”un təsisçisi və direktorudur. Şirkət vasitəsilə beynəlxalq layihələr həyata keçirir, xüsusilə Türk dünyası ölkələri arasında netvörkinq fəaliyyətinin gücləndirilməsi, iş adamları və uğurlu şəxslər arasında əməkdaşlıq və əlaqələrin inkişafına töhfə verir.
Tural Ələkbərov yaradıcılıq və təşkilatçılıq fəaliyyətini paralel şəkildə inkişaf etdirərək Azərbaycan televiziya və kino sahəsində, eləcə də beynəlxalq mədəni və biznes layihələrində fəal iştirakını davam etdirir.