Türkiyənin Sakarya Gənclər və İdman İdarəsi nümayəndə heyəti Kəpəz PFK Akademiyasının qonağı olub
Görüş zamanı klubun icraçı direktoru Ruslan Məmmədov qonaqlara "Kəpəz”in tarixi, Akademiyanın fəaliyyəti və son dövrlərdə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti Akademiyanın infrastrukturu ilə tanış olub, aşağı yaş qruplarından ibarət komandaların məşqlərini izləyib. Daha sonra tərəflər arasında futbolun inkişafı, uşaq futboluna yanaşma və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Sakarya Gənclər və İdman İdarəsinin müdür müavini Ercan Gündoğdu, şöbə müdirləri Ramazan Güneş və Alpay Alev, idman mütəxəssisləri Turqay Semih Yaşar, Fatih Çelik və Eren Oktay, məşqçilər Semih Yenihayat, Murat Aktaş, Ömer Toy və Atilla Kır iştirak ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nümayəndələri Aysu Kərimzadə və Səməd Səmədzadə, [PatriotNews.az](https://patriotnews.az?utm_source=chatgpt.com) saytının rəhbəri və Qarabağ Qaziləri İctimai Birliyi sədr müavini Ceyhun Əliyev, eləcə də klubun Media və Marketinq direktoru Gəray Qiyasov və ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Nofəl Əzizov yer alıblar.
Mənbə: Patriot News.com.az