17 İyun 2023
11:41
214

Ulu Öndərin fəaliyyətinə xalq tərəfindən verilən yüksək qiymət

Azərbaycan ziyalıları öz ölkəsinə və ümummili liderinə görə fəxr edirlər

 Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev sağlığında ziyalıları daimi diqqətində saxlamış, onlara böyük hörmətlə yanaşmışdır. Bu üzdən Azərbaycan ziyalıları Ümummilli Lider Heydər Əliyevə öz sevgilərini daimi nümayiş edirirlər. O mütəmadi olaraq ziyalılarla, o cümlədən müxtəlif sahələrdə çalışan insanlarla görüşmüş, onlara öz töfsiyələrini vermişdir. Ulu Öndər demişdir: "XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

Ulu öndər Azərbaycan xalqının yaddaşında əbədi bir iz qoyub. Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqil Azərbaycanın dünyaya tanınmasında əlindən gələni əsirgəməyib. Ulu öndər Azərbaycanın quruculuq sahəsində böyük işlər görmüşdür. Bakının günü-gündən gözəlləşməsi, yeni-yeni parkların salınması, muzeylərin, teatr binalarının istifadəyə verilməsi məhz onun sayəsində olmuşdur.

Azərbaycan ziyalıları Ulu öndər Heydər Əliyevin etdiklərini heç bir zaman unutmayacq. Heydər Əliyev elm və təhsilin, mədəniyyətin, ədəbiyyatın və s. sahələrin və bu sahədə çalışanların himayədarı idi. Buna görə də Azərbaycan elm və incəsənət xadimləri öz təcrübə və davranışlarında hər zaman ulu öndərin siyasətini əsas götürüblər. Ulu öndər quruculuq işləri ilə yanaşı, mədəniyyətimzin də inkişafı üçün əlindən gələni əsirgəməyib. "Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir” - deyən Ulu Öndər Heydər Əliyevin incəsənətə verdiyi dəyəri anlamq olar.

Ümummilli Lider Heydər Əliyev özünün konkret fəaliyyətində xalqın potensial imkanlarına və xüsusən də ziyalılara güvənib. Məhz bunun nəticəsi idi ki, Azərbaycan xalqı, Ulu Öndərin məqsəd və niyyətlərini böyük inamla qəbul etmişdir. Heydər Əliyev respublikanın rəhbəri seçildikdən xalqı səfərbər edib öz arxasınca apara bilmişdir. Onun himayəsi nəticəsində respublikada mədəniyyət, ədəbiyyat sahəsində məşhurlaşan ziyalıların sayı xeyli artmışdı. Hələ sovet dönəmində Moskvanın, Sankt – Peterburqun, Kiyevin və ölkənin digər şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə 1000 nəfət gənci qəbul etməyə başlamışdı. Hərbi ixtisaslar üzrə kadr hazırlığına böyük diqqət yetirilmişdir. İqtisadiyyatda və sosial sahədəki nailiyyətlər cəmiyyətdə nikbinlik meyllərini gücləndirmişdir.

Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra da bu istiqamətlər üzrə fəaliyyətini davam etdirmişdir. O, öz xalqının tanınmş simlarına dəyər verir, onların unudulmaması, xatirələrinin əbədiləşdirlməsi üçün xüsusi çalaışıdır. Ümummilli Lider Heydrə Əliyev demişdir ki, keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur: "Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər”. Buna görə də Azərbaycan ziyalıları, əhalini geniş təbəqələri öz ölkəsinə və ümummili liderinə görə fəxr edirlər. Bu, görkəmli şəxsiyyətin fəaliyyətinə xalq tərəfindən verilən yüksək qiymətdir. Ulu Öndərin xalqına və dövlətinə göstərdiyi diqqət, əzmkar fəaliyyəti undulmur. Xalq öz Ulu Öndərini qəlbində yaşadır. 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu