09 İyun 2026
07:30
165

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

06.06.26 tarixində Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi.
Evrika Liseyi və Victory Şirkətlər Qrupunun birgə əməkdaşlığı nəticəsində yaradılan Victory Colleges by Evrika layihəsinin təqdimatında təhsil, biznes və ictimaiyyət nümayəndələri iştirak etdilər.
 
Tədbirdə təşkilatçılardan Victory Şirkətlər Groupun həmtəsisçisi və direktoru i.e.f.d. Ramiz Şükürov, Evrika Liseyinin həmtəsisçisi Aygün Rzayeva, Evrika Liseyinin direktoru Ofeliya Muradova, Evrika Liseyinin Maliyyə Direktoru və Müşahidə Şurasının üzvü Könül Mustafayeva, Victory Fairin həmtəsisçisi və direktoru Zaur Hüseynzadə, Victory Collegesin həmtəsisçisi və direktoru İlyas Yaqubov çıxış ediblər.
 
Qonaqlar arasından Milli Məclisin deputatları Ceyhun Məmmədov və Zaur Şükürov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Ayaz Abışov, məhşur iş adamı və biznes təlimçisi Sakit Səmədov çıxış edərək öz xeyir-dualarını və məsləhətlərini verdilər. Qonaqlar arasında DVX-nin idarə rəisi İslam Hüseynov, PAŞA Holdingin nümayəndələri, ASAC (Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının) idarə heyətinin üzvləri Turanə Zeynalova, Elnur Camalov, Miryusif Cavadzadə, Azərbaycan Təhsil Cəmiyyətinin sədri Pərviz İsmayıllı, tanınmış aktyor, rejissor və ssenari müəllifi Taleh Yüzbəyov, tanınmış xarici Media rəhbəri Ali Kan,eləcə də təhsil ictimaiyyətinin digər nümayəndələri də tədbirdə iştirak etmişdilər. 
 
Açılış mərasimində Victory Colleges by Evrika-nın missiyası, beynəlxalq təhsil istiqamətində hədəfləri və məktəblilər üçün təqdim ediləcək yeni imkanlar barədə ətraflı məlumat verilib.
 
Bu əlamətdar gündə bizimlə birlikdə olan bütün qonaqlara təşəkkür edir, Victory Colleges by Evrika ailəsinin gələcək uğurlarını birlikdə qeyd etməyi arzulayırıq.

OXŞAR XƏBƏRLƏR