17 Dekabr 2023
12:01
291

Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi

"Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi üzrə öyrədici təlimlərin icrası davam edir.

Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən yerinə yetirilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən layihənin məqsədi sosial inklüziya "alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunmasından ibarətdir.

Hazırda layihənin təlimçi və ekspertləri tərəfindən məktəblilərdən ibarət 2 qrupa (hər birində 15 nəfər olmaqla ümumi 30 nəfər) taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr və daş üzərində rəsmlər kimi bacarıqlar öyrədilir. Təlimlərdə həmçinin şagirdlər "Komandada iş”, "Liderlik bacarıqları” kimi mövzular haqqında məlumat əldə edir, qruplarda iş, prezentasiya, müxtəlif növ oyunlar vasitəsi ilə biliklərə daha interaktiv və qeyri-ənənəvi yolla yiyələnlər.

Öyrədici təlimlərə seçim zamanı qrupların təşkili iştirakçı şagirdlərin təlimlərdəki mövzulara maraqları, bundan əlavə, onların ümumi dünyagörüşü nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanıldı.

Layihənin növbəti mərhələlərində yanvar və fevaral aylarında art terapiya istiqaməti üzrə xüsusi kursların təşkili, İctimai müzakirələr üzrə seminarlar və yekunda layihəyə cəlb ounan şagirdlərin hazırladıqları əl işlərindən ibarət "İstedadları tanıyaq” sərgisinin təşkili nəzərdə tutulub.

Layihənin gələn ilin fevralında başa çatması planlaşdırılır.

İslahat.az