12 Dekabr 2023
15:27
262

Üz dərisinə necə qulluq etmək lazımdır? – Kosmetoloq Səma Məmmədli ilə MÜSAHİBƏ

"Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəlidir. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Gün ərzində insan 2–2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər”.

Bunu Hit.Az-a müsahibəsində "EL Amor” Estetik Klinikasının həkim-kosmetoloqu Səma Məmmədli deyib.

– Səma xanım, dərinin yağlı, quru və normal olduğunu necə öyrənmək olar?

– Üz dərisi normal, quru, yağlı və ya qarışıq olur. Dəriyə qulluq vasitələrini (krem, maska və s.) seçdikdə mütləq dərinin tipini nəzərə almaq lazımdır. Bu səbəbdən hər bir qadın öz dəri tipini bilməlidir. Bunu adi ev şəraitində də öyrənib tətbiq etmək olar. Bunun üçün: Öncə yumşaq maye sabundan istifadə etməklə üzünüzü yuyun, 1 saat gözləyin. Daha sonra bir neçə ədəd naziksalfet götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın. Daha sonra salfeti işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin. Əgər bütün salfet yağ izləri olarsa, demək, sizin dəriniz yağlıdır. Əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş salfetin üzərində olarsa, sizin dəriniz qarışıqdır və əgər yağ izləri heç bir salfet parçasında olmazsa və ya bu izlər çox cüzidirsə sizin dəriniz normaldır. Əgər dərinizdə dartılma (gərilmə) hissi yaranıbsa, sizin dəriniz qurudur.

– İndi xanımlar öz dərilərini müəyyən edə bilirlər, amma çox vaxt səhvə yol verirlər. Həmin xanımlara nə tövsiyə edərdiniz?

– Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəlidir. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Gün ərzində insan 2–2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər. Bu şəxslər gün ərzində 2–2.5 litr su içdiyi təqdirdə dəri quruluğu aradan qalxır. Siqaret və spirtli içki dəri sağlamlığını da pozur. Siqaret istafadəsi dəridə oksigen verilməsini azaldaraq, zərərə səbəb olur. Qidaların dəriyə olan qatqısını azaldır, rəngsiz və quru bir dəriyə səbəb olur. Spirt də dəridə su azalmasına səbəb olur. Bu da A və C vitaminlərinin olmamasına və təbii olaraq bədən elastikliyini itirməsi ilə qurumasına yol açır.

– Dərini qurudan əsasən hansı növ içkilərdir?
Ətraflı

– Öncə dediyim kimi dəri tipini müəyyən etmədən hər hansı maskadan veya kosmetik vasitələrdən istifadə etməyi tövsiyyə etmirəm. Yanlış nəticələr ve ya xoş olmayan görüntü yarana bilər.

– Üzü təmizləmək üçün pilinqlərdən istifadə edirlər. Onlara hansı məsləhəti verərdiz?

– Pilinq – hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. Əgər dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir. Pilinglərin köməyi ilə dərinin rəngi və teksturası yaxşılaşır – dəri hamar və yumuşaq olur, məsamələr təmizlənir və daralır, piqmentasiya ağarır, akne(sızanaq və qara nöqtələrin müalicəsi), sızanaqlardan sonrakı ləkələrin təmizlənməsi, dərinin liftinqi – dəri daha möhkəm və elastik olur, yüngül qırışları yox edir, dərinin artıq yağı azalır, dəri nəfəs alır, nəticədə isə cavanlaşır. Bu prosedurdan sonra dəri bir neçə gün qabıq verir və bununla ölü dəri qatından azad olaraq, dərinin cavan və daha sağlam görünüşünü müşahidə etmək olur. Dəri tipinə uyğun olaraq kosmetoloqla sizə hansı piling növünün lazım olduğunu məsləhət almağınız daha düzgün olar.

– Yaşlanmaya səbəb olan qırışların qarşısını almaq üçün nə etmək lazımdır?

– Qırışlar yaşlanma prosesinin bir hissəsidir, lakin müasir tibb dünyasında daha az qırışlı və təbii, həmçinin daha gənc dəri ilə yaşlanmaq da mümkündür. Dermatoloqunuz müayinədən sonra yaşınıza və dəri vəziyyətinizə uyğun olaraq uyğun müalicəni planlaşdıracaq. İlk növbədə diqqət etməli olduğunuz əsas şey günəşdən qorunmaqdır. Günəş dərinin qocalmasını sürətləndirən ən mühüm faktordur. Bu səbəbdən həm günəşdən qoruyucu kremdən, həm də papaq, eynək, kölgədə qalma kimi tədbirlərdən istifadə edilməlidir. Ən azı 30 SPF və ya daha çox faktorlu günəş qoruyucu kremlər tövsiyə olunur. Həmçinin yaşlanma əleyhinə kremlərdən və pilinq effekti olan müxtəlif maskalardan istifadə etmək mümkündür. Dəri tipinə uyğun ətirsiz nəmləndiricilər dərinin nəmlənməsini təmin edərək incə qırışların yaranmasının qarşısını alır. Mütləq hipoallergen və non-komedogenik (komedon əmələ gətirməyən) məhsullar seçilməlidir. Siqaret dəri qırışlarını artırır və istifadə edilməsi məsləhət görülmür.

– Qışda Günəş şüası üzə nə qədər ziyan vurur?

– Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Lakin zərərli tərəfləri də var. Belə ki, Günəş bizi hər şeydən tez qocaldır. Dərimiz kollagen və elastik deyilən proteinləridən ibarət olduğu üçün bunlar günəş şüalarından ziyan görür. Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə bu mənfi təsir özünü göstrəməyə başlar. Bir dəfə ziyan görən dərimiz yumşaqlığını itirir, zəifləyir, kobudlaşır və qırışır. Dəri xərçəngi – dərimiz günəş şüalarını nə qədər çox qəbul edərsə, biz özümüzü o qədər çox riskə atmış olarıq. Dərimiz açıq rəngdədirsə, yanmışıqsa, ya da günəşin altında çox qaldıqsa o zaman bu risk daha da artır.

İslahat.az