12 Dekabr 2024
12:32
248

Zəngilanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Zəngilanın Ağalı kəndində müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyi, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Ağalı kəndi tam orta məktəbinin müəllim və şagird heyəti, kənd sakinləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İslahat.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında yerləşən Heydər Əliyev guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,müasir Azərbaycanın banisinin parlaq xatirəsi dərin ehtiramla yad edilib.