18 İyun 2025
10:12
150

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında peşə günü qeyd edilib - FOTOLAR

Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

İslahat.az xəbər verir ki, tibb işçilərinin peşə bayramı günü münasibəti ilə 17 iyun 2025-ci il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında görüş keçirilib. Görüşdə xəstəxananın məsul işçiləri, həkimləri və tibb işçiləri iştirak edib.

Görüşdə çıxış edən Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların səmərəli iş fəaliyyətlərini yüksək qiymətləndirib. Həmçinin baş həkim Leyla Bəşirova tərəfindən xəstəxanada aparılan təmir işləri və təkmilləşdirilən fəaliyyətlər haqqında geniş təqdimat verilib.

Daha sonra səmərəli fəaliyyəti və işgüzarlığı ilə fərqlənən bir qrup tibb işçisi Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
İslahat.az