18 May 2026
16:34
38

Səmayə Qasımova " Caspian Awards 2026 " mükafatına layiq görülüb

 

 

 

Səmayə Qasımova " Caspian Awards 2026 " mükafatına layiq görülüb.

 

Ötən günlərdə ölkəmizdə baş tutan gecədə Azərbaycanla yanaşı bir çox başqa ölkələrdən məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər.

Onlardan biri də Qasımova Səmayə Marif qızı olub. S.Qasımova peşəkar ingilis dili müəllimi və 15 ildən artıq pedaqoji təcrübəyə malik təhsil mütəxəssisidir. 2009–2013-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində təhsil alaraq ali təhsilini uğurla başa vurub.

 

Pedaqoji fəaliyyətə 2011-ci ildən etibarən "Yeni Şəfəq” kurslarında başlamış və qısa müddətdə şagirdlərlə effektiv işləmə bacarığı, müasir tədris metodları və yüksək nəticələri ilə seçilib. Daha sonra müxtəlif ümumtəhsil müəssisələrində fəaliyyətini davam etdirib, 2015-ci ildə 305 nömrəli tam orta məktəbdə, 2017-ci ildə isə 113 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışıb.

 

2021-ci ildə isə "British School in Baku”nun "Kids Academy” bölməsində ingilis dili müəllimi olaraq fəaliyyət göstərmiş, müxtəlif yaş qrupları ilə işləyərək şagirdlərin dil bacarıqlarının inkişafına töhfə verib. Hazırda həm onlayn, həm də oflayn formatda fərdi və qrup dərsləri keçərək yüzlərlə şagirdin akademik uğur qazanmasına dəstək olur.

 

Səmayə müəllimə beynəlxalq və yerli sertifikatların sahibidir. O, TKT Module 1, 2, 3, TKT Young Learners, TESOL və digər peşəkar inkişaf proqramlarını uğurla tamamlayıb. Uzun illər ərzində hazırladığı şagirdlər beynəlxalq müsabiqələrdə yüksək nəticələr əldə etmiş, eləcə də ölkənin nüfuzlu lisey və universitetlərinə qəbul olunub.

 

Peşəsinə sevgi, məsuliyyətli yanaşma və müasir tədris metodlarından istifadə Səmayə müəllimənin əsas üstünlüklərindəndir. Onun əsas məqsədi şagirdlərə yalnız ingilis dilini öyrətmək deyil, eyni zamanda onların özünəinamlı, dünyagörüşlü və uğurlu fərdlər kimi formalaşmasına dəstək olmaqdır.