Nicole Nuriyeva “Türk Dünyası Gözəli” nominasiyasına layiq görüldü
Nicole Nuriyeva "Türk Dünyası Gözəli” nominasiyasına layiq görüldü
Türk Dünyası Zirvə Ödülləri layihəsinin ilk qala gecəsi İstanbulda beynəlxalq iştirakçıların iştirakı ilə təşkil olunub. Layihənin Azərbaycan finalında isə 7 yaşlı Nicole Nuriyeva tamaşaçıların və təşkilat komitəsinin seçimi ilə "Türk Dünyası Gözəli” nominasiyasına layiq görülüb.
Azərbaycan finalında Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Avstraliya və digər ölkələrdən qonaqların iştirakı tədbirə xüsusi beynəlxalq rəng qatıb.
Kiçik yaşlarından model sahəsinə maraq göstərən Nicole Nuriyeva hazırda Big Model Agency-nin modelidir. O, indiyədək müxtəlif model müsabiqələrində, eləcə də idman yarışlarında iştirak edərək bir sıra uğurlara və qalibiyyətlərə imza atıb.
Nicole-un bu nüfuzlu layihədə mükafata layiq görülməsi onun indiyədək əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi olmaqla yanaşı, gələcək fəaliyyətinə də əlavə motivasiya qazandırır.
Türk Dünyası Zirvə Ödülləri yalnız tanınmış şəxslərin və uğurlu layihələrin mükafatlandırılması deyil, həm də gənc istedadların üzə çıxarılması, onların əməyinin dəyərləndirilməsi və beynəlxalq platformalarda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nicole kimi istedadlı uşaqların belə platformalarda təmsil olunması onların özünəinamının artmasına, yeni hədəflər müəyyənləşdirməsinə və gələcəkdə beynəlxalq səviyyədə uğurlar qazanmasına stimul verir.
Nicole Nuriyevanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək model karyerasında yeni nailiyyətlər və beynəlxalq səhnələrdə Azərbaycanı layiqincə təmsil etməyi arzulayırıq.
Təşkilatçı: Caspian Events Group