13 Dekabr 2022
13:17
17718

ABŞ-dən Laçın dəhlizindəki vəziyyətlə bağlı AÇIQLAMA

"Laçın dəhlizi ətrafında yaranan vəziyyət ABŞ-nin diqqət mərkəzindədir”.

İslahat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

Prays gərginliyin azaldılmasının və İrəvanla Bakı arasında davamlı və hərtərəfli nizamlanmanın bərqərar olmasının zəruriliyini qeyd edib.

O, həmçinin Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin ABŞ-də keçirilən görüşünü də xatırladıb: "Biz bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində təşkil etdik. Baş müşavirimiz Fil Riker əlimizdən gələni etdiyimizə əmin olmaq üçün hər iki ölkənin rəsmi şəxsləri ilə fəal təmasları davam etdirir”.

İslahat.az