20 Dekabr 2022
14:14
18446

“Azərbaycan Qəhrəmanları” layihəsi keçirilir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən keçirilən "Azərbaycan Qəhrəmanları” layihəsi çərçivəsində www.heroes.az veb saytı hazırlanır.

Layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan qəhrəmanlarının geniş ictimaiyyətə tanıdılması, kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb saytını yaradaraq gənclərə təqdim etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək verməkdir.

"Vətən Müharibəsi Qəhrəmanları” və "Azərbaycanın Milli Qəhrəmanları” barəsində kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb saytı hazırda fəaliyyət göstərən www.milliqahramanlar.az sayt layihəsinin davamıdır. Saytda olan məlumatlar 3 dildə (azərbaycan, rus və ingilis dillərinə) təqdim olunacaqdır.

Saytın özəlliyi ondan ibarətdir ki, qəhrəmanlarımız haqqında məlumatlar vahid mənbədən rahat əldə ediləcəkdir. Məsələn, bugün doğum günü olan vətən müharibəsi qəhrəmanı haqqında saytın ana səhifəsində əvvəlcədən məlumat əldə etmək mümkün olacaqdır.

Qeyd edək ki, sayt dekabr ayının sonu yanvarın əvvəli tam olaraq istifadəyə veriləcəkdir.

İslahat.az