01 Sentyabr 2026
19:51
18

Aygün Cavadova Global Networking Group-un tədbirində iştirak edib

Aygün Cavadova Global Networking Group-un tədbirində iştirak edib.

Araşdırmaçı psixoloq Aygün Cavadova Global Networking Group-un imzası altında keçirilən tədbirdə iştirak edib.

Peşəkar mütəxəssisləri və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxsləri bir araya gətirən görüşdə təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Aygün Cavadova da psixologiya sahəsindəki fəaliyyəti ilə tədbirə qatılan mütəxəssislər sırasında yer alıb.

Global Networking Group-un direktoru Şamxal Həsənov qeyd edib ki, fərqli sahələrdən olan mütəxəssislərin bir platformada görüşməsi həm peşəkar əlaqələrin genişlənməsinə, həm də yeni ideyaların formalaşmasına mühüm zəmin yaradır.

Tədbir iştirakçıların bir-biri ilə fikir və təcrübə mübadiləsi aparması, yeni tanışlıqlar yaratması və gələcək əməkdaşlıqlar üçün əlaqələr qurması ilə davam edib.